Blogda necə sayqaç saytlarin kodin yerləşdirim?
Blogcular üçün bloglarını gündə neçə nəfər ziyarət etdiyini bilmək çox vacibdir. Və həmçinin bu sayğac vasitəsiylə sayğac saytlarından da ziyarətçi axını almaq mümkündür. Ona görə hər zaman sayğac saytlarına ehtiyac yaranır.
Bu cür xidmət verən saytlar, sayğac kodu üçün bir neçə sətrdən ibarət kod verir ki, istifadəçi həmin koddan istifadə edərək öz bloguna yerləşdirsin.
“AzeriBlog”da da öz blogunuza sayğac yerləşdirmək imkanı vardır. Bir az diqqətli olsanız bu işi rahatlıqla görmək mümkündür:
Hesabınıza daxil olduqdan sonra “Blog görünüşü” bölməsindən “Blog səhifələri” səhifəsinə keçin. Orada “Əsas səhifə” bu sizin blogun əsas səhifəsinin diyaznıdır və “Yazı” ki, bu da sizin yazılarınızın tam olaraq yayınlandığı səhifədir görəcəksiniz.
Blogda sayğacı yerləşdirmək üçün ən münasib yer “Müxtəlif” bölgəsidir ki, bunu siz bir az aşağı gedərək kodların içində rahatıqla görə bilərsiniz.
1- Orada “RSS” kodunda  kodundan sonra
yazıb
2- sayğacınızın kodunu əlavə edin
3- və “Dəyişikliyi qeyd et” düyməsinə basın.

Müxtəlif

<a href="<ab:blog_rss_link />">RSS

İstəsəniz “Yazı” səhifəsi üçün də eyni şeyi təkrarlayın.
coxsagol,ama mende alinmire.belke komek edesen?
Avqust 17, 2007 18:18