Qrup Blog yaratmaq
"AzəriBlog"un ən maraqlı imkanlarından biri Qrup Blog yəni bir blogdan bir neçə istifadəçinın istifadə etməsidir. Bu barədə bəzi istifadəçilərimizin problemləri olur, ona görə aşağıda bu barədə sizə ətrafli məlumat verəcəyik:
Bildiyiniz kimi "AzəriBlog"un bu imkanından istifadə etmək yalnız AzəriBlog istifadəçilərinə məxsusdur, yəni ancaq AzəriBlog istifadəçiləri bu imkandan istifadə edə bilərlər və digər istifadəçilərin blogunda iştirak edə bilərlər. Əgər blogunuza yeni istifadəçi əlavə etmək istəyirsinizsə bu işləri görun:
1- Əvvəlcə dostunuzun "AzəriBlog"da hesabi olduğuna əmin olun. Əmin olduqdan sonra istifadəçi adını doğru və dəqiq şəkildə mənimsəyin.
2- Ondan sonra öz hesabınıza daxil olun.
3- Sol hissədə olan menudan İstifadəçilər bölməsini seçin və orada Yeni istifadəçi üzərinə tıqlayın:
3- Ekranda açilan pəncərədə tələb olunan məlumatları daxil edin:

- Yeni istifadəçinin istifadəçi adın daxil edin. (1) Ətrafli məlumat üçün A hərfilə işarələnən yerə baxın. Mausunuzu ? şəkili üstündə saxlayın. " Burada hər hansi AzəriBlogda üzv olmuş şəxsi öz blogınıza vəzifələndirərək əlavə edə bilərsiniz.və həmin şəxs vəzifəsindən asli olaraq sizin blogda yazi yazma və ya idarə etmə səlahiyyətinə sahib olur."
- Yeni istifadəçinin blogunuzda vəzifəsini müəyyən edin. (2) Ətrafli məlumat üçün B hərfilə işarələnən yerə maxın. Mausunuzu ? şəkili üstündə saxlayın." İdarəçi: bu vəzifəyə sahib olan blogda hər bir səlahiyyətə sahib olur. Redaktor: Bu vəzifəyə sahib olan ancaq və ancaq yazılari idarə edə bilər. Yazar: Bu vəzifəyə sahib olan ancaq və ancaq öz yazdığı yazılari idarə edə bilər. Əməkdaş: Bu vəzifiyə sahib olan demək olar blogda heç bir səlahiyyəti yoxdur, ancaq yazı yaza bilər. "
- Yeni istifadəçinin vəziyyətin müəyyən edin. (3) Aktiv olsun yoxsa Passiv?
- və sonunda İstifadəçi əlavə et... düyməsindən istifadə edin. (4)
4- Siz beləliklə öz blogınıza yeni istifadəçi əlavə etmiş olursunuz. İndi əlavə olunan yeni istifadəçi öz hisabına daxil olan zaman ilk dəfə ekranda sizin blogu görəcək. (1 və 2) O sizinlə blogınızda iştirak edə bilər və öz blogu ya blogları kimi sizin blogda fəaliyyət göstərə bilər ya Sil düyməsi üstə tiqlayıb və sizin dəvəti qəbul etməyib sizin blogu öz hisabından silə bilər. (3)
