Ümumi Kodlar
AzəriBlog istifadəçiləri blogun hazır stillərındən seçib istifadə etməkdən əlavə bloglarının dizaynında redaktə və dəyışıklər etmək imkanına da sahibdirlər. Həmçinin özlərinə məxsus olan dizaynı da yarada bilərlər.
Ümumiyyətlə blog stilləri HTML kodları və blog sisteminə məxsus olan müxtəlif kodlardan ibarətdir. Bu kodların sayəsində müxtəlif funksiyalara münasib olaraq blogun müəyyən edilmiş yerində istifadə etmək olur.
O kodlar ki, blogumuz onlardan təşkil olunub aşağıdakılardır:
<ab:global_css /> Bu kod Azəri Blogun stillərindən istifadə edilən zaman, istifadəçinin seçdiyi dizaynın CSS ünvanıdır. Yəni əgər istifadəçi hazır dizaynlardan seçirsə bu kod o dizaynın CSS kodlarının ünvanını təyin edir və bu kodun istifadəçinin blogunda olmağı vacibdir.

<ab:custom_css /> Bu kod istifadəçinin özünün yaratdığı CSS stilini bəyan edir. Əgər bir kəs özü yeni bir CSS kodu etməyi bacarirsa gərəkdir ki, yuxarıda qeyd ediləni silsin və özünün yazdığı CSS kodunun ünvanını bu şəkildə təyin etsin.

<ab:blog_title /> Bu kod blogun başlıqın nümayiş etdirir. Məsələn: Sahil. Bu kod, stilin harasında qeyd olunsa orada blogun başlığı görsənəcəkdir.

<ab:blog_url /> Bu kod blogun ünvanına aiddir. Və hər yerdə yazılsa blogun ünvanını nümayış etdirəcək. Məsələn: http://help.azeriblog.com


<ab:blog_slogan /> Bu kod blogun şuarını nümayiş etdirir. Məsələn: Fərhad Əsgərzadənin şəxsi blogu


<ab:blog_contact_link /> Bu kod istifadəçinin Profile (Məlumat) səhifəsinə aid olan ünvan və keçidi göstərir. Məsələn: http://www.azeriblog.com/profile/admin

Kodun Blogdaki Nəticəsi:
