Keçid kodları
Ümumiyyətlə blog stilləri HTML kodları və blog sisteminə məxsus olan müxtəlif kodlardan ibarətdir. Bu kodların sayəsində müxtəlif funksiyalara münasib olaraq blogun müəyyən edilmiş yerində istifadə etmək olur.
O keçid kodlar ki, blogumuz onlardan təşkil olunub aşağıdakılardır:
<ab:link_block> Bu kod bloglarda keçidlərin (Dost saytlar) nümayiş olunan məkanının başlanmasına aiddir. Və altdakı kod vasitəsilə bağlanır.

</ab:link_block> Bu kod bloglarda keçidlərin (Dost saytlar) nümayiş olunan məkanının sonuna aiddir.

<ab:links> Bu kod bloglarda olan keçidlər üçündur və keçidlərin adlarından qabaq stildə gəlir. Və altdakı kod vasitəsilə bağlanır.

</ab:links> Bu kod bloglarda olan keçidlər üçündur və keçidlərin adlarından sonra stildə gəlir.

{link_url} Bu kod blogda olan keçidlərin ünvanına aiddir.

{link_description} Bu kod keçid üçün olan ətraflı məlumata aiddır ki, keçid bloga əlavə olan zaman istifadəçi tərəfindən yazılır.

{link_title} Bu kod keçidin ismi üçündu.

{link_click_count} Bu kod keçidlər üçün blogda neçə dəfə ziyaratçi göndərilmə sayını və ya keçid üstə neçə dəfə tiqlanma sayını göstərir.
